Modern.az

Məleykə Abbaszadə: “Bir neçə şagird imtahandan qovulub”

Məleykə Abbaszadə: “Bir neçə şagird imtahandan qovulub”

13 İyun 2012, 19:18

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin Azərbaycan bölməsindən olan XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. 
Respublika üzrə 35 mərkəzdə keçirilən imtahanda iştirakı gözlənilən şagirdlərin 11.382 nəfəri XI sinif , 16.681 nəfəri isə IX sinif şagirdləri olub.

Modern.az xəbər verir ki, Gəncə şəhərində 11-cilərin buraxılış imtahanı 6 binada aparılıb. 2.115 onbirincinin iştirakı gözlənilən imtahana 244 nəfər nəzarətçi müəllim və 19 imtahan rəhbəri cəlb edilib. Saat 10-da başlayan imtahan 120 dəqiqə davam edib. Şagirdlərə ana dili və riyaziyyat fənnlərinin hər birindən 30 sual təqdim edilib. Bu gün həmçinin saat 15-də Azərbaycan bölməsindən olan IX sinif şagirdlərinin də buraxılış imtahanı keçirilib. İmtahanda iştirakı gözlənilən 3.114 doqquzuncu sinif şagirdləri ümumilikdə onlara təqdim edilən 60 sualı cavablandırmağa çalışıb.

TQDK sədri Məleykə Abbaszadə Gəncə şəhərində keçirilən buraxılış imtahnlarında özü iştrak edib.

M. Abbaszadə imtahanlara nəzarət zamanı jurnalistlərə bildirib ki, hər 100 nəfərə bir imtahan rəhbəri Bakıdan gəlir. Yerdə qalan heyət isə həmin şəhər və rayonun pedaqoji işçiləridir. Onlarla müqavilə bağlanır və biz də istəyirdik ki, daha çox yerli kadrlar bu prosesdə iştirak etsin. Bu il birinci dəfədir və biz nəzarətçi müəllimləri yerli kadrlardan seçilib. Müəyyən imtahan rəhbərləri də yerli kadrlardır.

TQDK sədri onu da qeyd edib ki,  nəzarətçilər imtahanlarda şagirdlərin qayda pozmaq cəhdlərinə mane olublar. “Köçürməyə çalışan şagirdlər isə imtahandan çıxarıblar”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi