Modern.az xəbər verir ki, ötən gecə futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. B qrupunda mübarizə aparan Danimarka güclü Portuqaliya yığması ilə qarşılaşıb. İlk oyunda sensasion nəticə ilə Hollandiyanı məğlub edən danimarkalılar bu dəfə Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olublar. Matçda qolları Portuqaliya millisində Pepe (24), Poştiqa (36), Varela (87), Danimarkadan isə Bendtner (41 və 80) vurublar.
Günün ən maraq doğuran görüşü isə Bakı vaxtı saat 23:45-də başlayıb.Hollandiya və Almaniya yığmaları üz-üzə gəliblər..
Hollandiya millisi bu görüşdə də məğlub olacağı təqdirdə artıq qrupdan çıxmaq şansını daha da çətinə salacaqdı ki, belə də olub. Rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi demək olar ki, 1/4 finala vəsiqəni təmin edib.