Modern.az

"İRƏLİ"də yeni təyinatlar olub

"İRƏLİ"də yeni təyinatlar olub

14 İyun 2012, 09:56

 “İRƏLİ” İctimai Birliyi İdarə Heyətinin yığıncağı keçirilib. “İRƏLİ” sədri Rauf Mərdiyevin rəhbərliyi ilə keçirilən iclasda birliyin yeni katiblik strukturu müəyyən olunub.

İdarə heyətinin qərarına əsasən, "İRƏLİ" İctimai Birliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katib postuna Nəzakət Əliyeva, İnsan Resursları üzrə katib postuna Rövşən Camalov, İnzibati məsələlər üzrə katib postuna Cabir Quliyev, Layihələr və korporativ sektorla əlaqələr üzrə katib postuna Mədinə Əhmədova təyin edilib.

Eyni zamanda İdarə heyətinin qərarı ilə təşkilat daxilində bəzi struktur vahidlərində dəyişiklik edilib. Bir sıra mərkəz və klublara yeni rəhbərlər təyin olunub. Qeyd edək ki, hal-hazırda “İRƏLİ” İctimai Birliyi tərkibində 13 mərkəz, 8 klub fəaliyyət göstərir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi