Modern.az

Yanğından zərər çəkən 90 ailəyə Bakıda mənzil verildi

Yanğından zərər çəkən 90 ailəyə Bakıda mənzil verildi

14 İyun 2012, 11:47

Dünən Binəqədi rayonundakı yarımçıq binada baş vermiş yanğın zamanı zərər çəkən 90 məcburi köçkün ailəsi Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Binəqədi Gənclər Şəhərciyində inşa olunan yeni, tam təmirli mənzillərə köçürülüblər. Bu barədə Modern.az-a  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məcburi köçkünlər ailə tərkibinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən orderlərlə bir, iki, üç və dörd otaqlı, bütün lazımi kommunikasiya sistemləri ilə təchiz edilmiş yeni mənzillərdə məskunlaşdırılıblar.

Qeyd edək ki,  iyunun 13-də paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı hündür mərtəbəli binada güclü yanğın baş verib. Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyə olunub.

Şahanə Rəhimli

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi