
Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında növbəti təqdimat... Şəkildəkilər ictimai, siyasi, jurnalistika səhəsində kifayət qədər tanınmış simalardır... Zaman 1999-cu il, məkan Bakı Mətbuat Klubu...
Soldan
“Ulduz” jurnalının indiki baş redaktoru Elçin Hüseynbəyli, mərhum eks-prezident Əbülfəz Elçibəy, tanınmış jurnalistlər Etibar Cəbrayıloğlu, Taleh Şahsuvarlı, hazırki deputat Sahib Alıyev, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu.
Fotoşəkil barədə həmkarımız Etibar Cəbrayıloğlu izahat verir:
“Bu şəkli “Yeni Müsavat” qəzetinin mərhum fotoqrafı Alim Kazımlı çəkib. O zaman Taleh Şahsuvarlının bir təşkilatı vardı, jurnalistlər arasında “İlin şedevri” adlı yazı müsabiqəsi keçirirdi. Burada əyləşənlərin də hamısı müsabiqənin münsiflər heyətinin üzvləriydi. Münsiflər heyətinin yekdil qərarı ilə Azər Qaraçənlinin “Ay Laçın” adlı yazısı “İlin şedevri” seçildi. Həmin müsabiqədən bir neçə gün sonra oxucuların xahişi ilə “Ay Laçın” yazısı” təkrar olaraq “Yeni Müsavat”da dərc edildi. Bu o zaman yeganə belə bir hal idi...”.
(
Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik).
Modern.az