"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərdiyini, həmçinin həmsədr ölkələrin nüfuzunu nəzərə alsaq, bu məsələnin həlli yollarının olduğu görünür, əsas siyasi iradənin olmasıdır".
Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla görüşündə bildirib.
B.Muradova bildirib ki, hazırda işğal faktı mövcuddur və buna qarşı həm ATƏT-in, həm də digər beynəlxalq təşkilatların münasibətləri açıq şəkildə ortaya qoyulmalıdır.
"Fakt ondan ibarətdir ki, münaqişə Azərbaycan ərazisində gedir və həyatını itirənlər də azərbaycanlılardır", - deyə vitse-spiker qeyd edib.
Daha sonra B.Muradova ATƏT-in hesabatlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin əks olunmamasından narahatlığını bildrib.
ATƏT sədri E.Gilmor da son vaxtlar cəbhə xəttində baş verən insidentlərlə bağlı qurumun narahat olduğunu bildirib.
"Belə bir fəaliyyət dayandırılmalı və hərbi qarşıdurmalara son qoyulmalıdır. Snayperlər cəbhə xəttindən kənarlaşdırılmalıdır".
ATƏT sədri münaqişənin yalnız sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Modern.az