Onun Belçika parlamentində qəbul olunacağı gözlənilir
Modern.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamənin qəbulu gözlənilir. Bu barədə Milli Məclisin deputatı, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov bildirib. Onun sözlərinə görə, hazırda münaqişə ilə bağlı 5 ölkənin parlamentində qətnamələrin qəbulu istiqamətində də işlər aparılır: “Bu dövlətlərin üçündə sənədlərin qəbulu bu ilin sonuna kimi reallaşacaq, iki dövlətdə isə sənədlərin gələn ilin əvvəlində qəbul olunacağı gözlənilir”.
E.Süleymanovun sözlərinə görə, Belçika parlamentində Qarabağ münaqişəsi ilə bağlı dinləmələr yüksək səviyyədə keçib: “Belçika parlamentində qətnamə layihəsinin qəbuluna dair müsbət fikirlər var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi hazırdır və bu il ərzində sənədin qəbulu gözlənilir”.
Nihadə Eyyubova