Modern.az

Elmar Məmmədyarov Ermənistana xəbərdarlıq etdi

Elmar Məmmədyarov Ermənistana xəbərdarlıq etdi

14 İyun 2012, 15:17

Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına razılıq verib, lakin bu mexanizm Ermənistan qoşunlarını torpaqlarımızdan çıxardıqdan sonra işləyə bilər”. Modern.az-ın APA-a istinadən verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında deyib.

 “Lakin bu mexanizm Ermənistan qoşunları Azərbaycanın işğal altında olan ərazilərini tərk etdikdən sonra işləməyə başlaya bilər. Yalnız o zaman həmin mexanizmi icra etmək olar. Əgər bu mexanizm indi tətbiq olunmağa başlasa, bu, mövcud status-kvo vəziyyətinin daha da möhkəmlənməsi deməkdir ki, bu da qəbul olunmazdır”-deyə XİN rəhbəri qeyd edib.

E.Məmmədyarov bildirib ki, əgər Ermənistan öz əsgərlərinin ölməsini istəmirsə, o zaman işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir:

“Əgər bu baş versə, snayperlərin saxlanmasına da gərək qalmayacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi