Türkiyədə son sutka ərzində daha 36 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 245 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 107 814 nəfərdən 1 517-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 265 515 nəfərə çatıb.
Müalicə olunan 1 017 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 241 809 nəfər təşkil edir".