Prezidentinin tapşırığı ilə yanğından zərər çəkən məcburi köçkünlərə birdəfəlik maddi yardım paylanılıb. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq iyunun 13-də Bakıda yanğından zərər çəkmiş məcburi köçkünlərə birdəfəlik maddi yardım edilib.
Bu gün isə yanğından zərər çəkən məcburi köçkün ailələrinin məskunlaşdığı Abşeron rayonunun Mehdiabad qəsəbəsində birdəfəlik maddi yardımlar paylanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib ki, qərara uyğun olaraq yanğından qismən zərər çəkən 105 nəfərin hər birinə 300 manat, mənzillərdə ev əşyaları tam yanan 100 məcburi köçkünə isə adambaşına 350 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Ümumilikdə 56 məcburi köçkün ailəsinə maddi yardım verilib.