Modern.az

Ermənistan əsir saxladığı azərbaycanlı çavuşu üçüncü ölkəyə göndərib

Ermənistan əsir saxladığı azərbaycanlı çavuşu üçüncü ölkəyə göndərib

Təhsil

15 İyun 2012, 15:33

Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun kiçik çavuşu Məmmədbağır Axundzadə üçüncü ölkəyə təhvil verilib. Bu barədə Ermənistan mətbuatı informasiya yayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov APA-ya faktı təsdiqləyib, əlavə edib ki, bununla bağlı Azərbaycan tərəfinə rəsmi məlumat verilib: “O əsir düşmüşdü, öz ölkəsindən imtina etdi, başqa ölkəni seçdi”.

Əsirin atası Talıb Axundzadə isə bu barədə məlumatsız olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı