Modern.az

AŞPA həmməruzəçisi Leyla Yunusa cavab verdi

AŞPA həmməruzəçisi Leyla Yunusa cavab verdi

Təhsil

15 İyun 2012, 17:49

Avropa Şurası Parlament Asambleyasının Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt Modern.az-a açiqlamasında Azərbaycanin bəzi hüquq müdafiəçiləri tərəfindən tənqid olunmalarına münasibət bildirib. Özü və həmkarı Qrexin keçmiş həmməruzəçilər Andreas Qorss və Andres Herkel ilə müqayisə olunmasını dogru saymadıgını deyən AŞPA nümayəndəsi onlara verilən mandata uygun olaraq, çalışdıqlarını söyləyib:
“Bizi kimsəylə müqayəsə etmək dogru deyil. Hər kəsin bir fəaliyyəti var. Hər kəs özü fəaliyyətini qurur. Mən keçmiş həmkarlarəmın da mövqeyinə hörmətlə yanaşıram. Biz buradakı vəziiyəti hesabatımzda yazacagıq. Amma kimlərsə bu hesabatın obyektiv olmayacağını iddia edirsə, yanılır. Axı, elan olunmayan hesabat barədə necə fikir səsləndirmək olar?”.

Xatırladaq ki, hüquq müdafiəçisi Leyla Yunus  AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexi hakimiyyətə satılmaqda və rüşvətxorluqda ittiham edib.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı