Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 16-da hava şəraitinin kəskin istilərlə müşayiət olunacağı gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gündüz 35-38° isti olacaq. Bakıda gündüz 37-39° isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 25-27° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Temperaturun gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz, temperaturun gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Temperaturun gündüz 31-36° isti, dağlarda gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi-Aran, Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gündüz 33-38° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı proqnozlaşdırılır.
Modern.az