Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticəsini bu gün açıqlayıb.
Modern.az-ın məlumatına görə, nəticələr TQDK-nın aşağıdakı internet səhifəsində yerləşdirilib:
//tqdk.gov.az/orta2012net/ - XI siniflər
//tqdk.gov.az/orta2012net9/ - IX siniflər
Müxtəlif binalarda 15 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunmuşdur.
Buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | ||
Ana dili (Azərbaycan bölməsi) | Rus dili (rus bölməsi) | Riyaziyyat | |
2 | 0-4 | 0-4 | 0-4 |
3 | 5-16 | 5-16 | 5-15 |
4 | 17-25 | 17-24 | 16-25 |
5 | 26-30 | 25-30 | 26-30 |
İyunun 13-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
11 (Tam orta təhsil)
|
|
|
|
|
|
| Ana dili |
|
|
| Riyaziyyat |
| qiymət | şagird sayı |
| qiymət | şagird sayı |
| [ 2 ] | 466 |
| [ 2 ] | 1121 |
| [ 3 ] | 6367 |
| [ 3 ] | 6378 |
| [ 4 ] | 2761 |
| [ 4 ] | 2455 |
| [ 5 ] | 1513 |
| [ 5 ] | 1153 |
| Cəmi | 11107 |
| Cəmi | 11107 |
IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | ||
Ana dili (Azərbaycan bölməsi) | Ana dili (rus bölməsi) | Riyaziyyat | |
2 | 0-4 | 0-4 | 0-4 |
3 | 5-14 | 5-14 | 5-14 |
4 | 15-23 | 15-22 | 15-21 |
5 | 24-30 | 23-30 | 22-30 |
İyunun 13-də keçirilən ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
9 (Ümumi orta təhsil)
|
|
|
|
|
|
| Ana dili |
|
|
| Riyaziyyat |
| qiymət | şagird sayı |
| qiymət | şagird sayı |
| [ 2 ] | 1742 |
| [ 2 ] | 2725 |
| [ 3 ] | 11003 |
| [ 3 ] | 10508 |
| [ 4 ] | 2582 |
| [ 4 ] | 1695 |
| [ 5 ] | 633 |
| [ 5 ] | 1032 |
| Cəmi | 15960 |
| Cəmi | 15960 |
Modern.az