Modern.az

TQDK iyunun 18-də növbəti buraxılış imtahanları keçirəcək

TQDK iyunun 18-də növbəti buraxılış imtahanları keçirəcək

Təhsil

16 İyun 2012, 13:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan  şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

TQDK bildirib ki, hər bir rayon üzrə saat 10:00-da  XI siniflər, 15:00- da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. 

İyunun 18-də saat 10:00 da orta ümumtəhsil müəssisələrinin XI   siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 44 imtahan mərkəzi ayrılıb.

Xocavənd rayonunda 1, Yevlax rayonunda 3, Ağcabədi rayonunda 5, Ağdam rayonunda 3, Bərdə rayonunda 6, Tərtər rayonunda 2, İmişli rayonunda 4, Saatlı rayonunda 3, Sabirabad rayonunda 6, Füzuli rayonunda 4, Zərdab rayonunda, Beyləqanda rayonunda  isə 5 binada keçiriləcək.

İyunun 18-də adı çəkilən rayonlar üzrə 11188 nəfər XI  sinif şagirdinin (Xocavənd rayonunda 42, Yevlax rayonunda 1137, Ağcabədi rayonunda 1256, Ağdam rayonunda 779, Bərdə rayonunda 1583, Tərtər rayonunda 735, İmişli rayonunda 1224, Saatlı rayonunda 791, Sabirabad rayonunda 1737, Füzuli rayonunda 594, Zərdab rayonunda 513, Beyləqanda rayonunda 797) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İyunun 18-də saat 15:00 da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 44 imtahan mərkəzi ayrılıb:

İmtahan Xocavənd rayonunda 1, Yevlax rayonunda 3, Ağcabədi rayonunda 5, Ağdam rayonunda 3, Bərdə rayonunda 6, Tərtər rayonunda 2, İmişli rayonunda 4, Saatlı rayonunda 3, Sabirabad rayonunda 6, Füzuli rayonunda 4, Zərdab rayonunda 2, Beyləqanda rayonunda isə 5 binada keçiriləcək.

Həmin gün imtahan keçiriləcək rayonlar üzrə  18621 nəfər IX  sinif şagirdinin (Xocavənd rayonunda 52, Yevlax rayonunda 1463, Ağcabədi rayonunda 2400, Ağdam rayonunda 1429, Bərdə rayonunda 2741, Tərtər rayonunda 1109, İmişli rayonunda 1755, Saatlı rayonunda 1519, Sabirabad rayonunda 3167, Füzuli rayonunda 800, Zərdab rayonunda 724, Beyləqanda rayonunda 1462) buraxılış imtahanında iştirakı nəzərdə tutulur. 

Buraxılış imtahanının qaydalarına görə:

- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə  keçirilir.  Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

 Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

-  Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul  ayının 4-də buraxılış imtahanı verəcəklər.

Nihadə Eyyubova 

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı