Modern.az

Bakıda sərnişin avtobusu YANDI

Bakıda sərnişin avtobusu YANDI

1 Sentyabr 2020, 08:52

1 sentyabr tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 saylı müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın olub.

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a veriləm məlumata görə, yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.

"Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",-deyə FHN bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu