
Bu saatlarda Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.
Modern.az xəbər verir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də iştirak etdiyti görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə cəbhə xəttində baş vermiş insident müzakirə olunacaq.
Münaqişənin həlli ilə bağlı tərəflər arasında sonuncu görüş 6 ay əvvəl Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində Soçidə baş tutub.
Xarici işlər nazirlərinin Paris görüşü təxminən 7 illik fasilədən sonra Rusiyanın nəzarətindən kənar ilk görüş kimi yadda qalacaq.
Qeyd edək ki, görüş hazırda davam edir. Görüşün təfərrüatları ilə bağlı geniş məlumat veriləcək.
Anar Rüstəmov