Müsavat Partiyasının rəhbərliyi başda İsa Qəmbər olmaqla Gürcüstana gedib. Partiyadan Modern.az-a verilən məlumatda bildirilib ki, nümayəndə heyətinə başqan İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, partiya funksionerləri Tofiq Yaqublu, Almaz Əliqızı, Nüşabə Sadıxlı, Gülağa Aslanlı, İkram İsrafil, Leyla İlqar, Yadigar Sadıqlı və digərləri daxildir.
Müsavatçılar Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri olmuş Fətəli Xan Xoyskinin anım mərasimində (o, 1920-ci il 19 iyunda qətlə yetirilib) iştirak edəcək, Müsavat Partiyasının növbəti qurultayının Gürcüstanda keçirilməsi ilə bağlı məsələni müzakirə edəcəklər.
Modern.az