Modern.az

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri Elnur Camalxanov kimdir?

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri Elnur Camalxanov kimdir?

Media

18 İyun 2012, 17:36

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsininin rəhbəri dəyişib, Elnur Camalxanov yeni müdir təyin olunub. Bu şöbənin mətbuatla daim təmasda olduğunu nəzərə alan Modern.az  E.Camalxanovun indiyədək haralarda çalışdığını öyrənib.

Elnur Camalxanov Modern.az-a bildirib ki, bu vəzifəyə gələnə kimi fərqli sahələrdə  çalışıb. İlk iş yeri 2007-ci ildə “Space” müstəqil teleradio şirkətində olub:

“ Televiziyada müxtəlif vəzifələrdə işləmişəm. İdman proqramları departamentinin həm aparıcısı, həm müxbiri olmuşam. Eyni zamanda iqtisadiyyat yazarı kimi də qələmimi sınamışam. Milli Məclisdə də xüsusi müxbir olmuşam”. Televiziya fəaliyyəti ilə yanaşı, özəl sektorda da çalışdığını deyən E.Camalxanov bir müddət "Caspian NavTel" şirkətidə işlədiyini bildirib. Bundan sonra könüllü olaraq hərbi xidmətə yollanan Camalxanov zabit kimi qulluq edib: “ Əsgərliyə leytenant rütbəsilə gedib, baş leytenant kimi qayıtdım. Hərbi xidmətdən qayıdandan sonra Avomedia (Ana Vətən Azərbaycan) şirkəti ilə işləməyə başladım. Dövlət qulluğuna gəldiyimə görə, özəl sektordan imtina etdim. İki ay bundan əvvəl, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İnformasiya texnologiyaları şöbəsində müdir müavini vəzifəsinə təyin olundum. 14 iyun tarixindən isə cənab nazirin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olundum. Bu şöbənin müdiri Asəf Əliyev isə nazirliyin Sosial təminat xidmətinə rəhbər təyin edildi”.

Gültəkin Ələsgər
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi