Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə cəbhənin Tərtər rayonuna aid hissəsində qeydə alınıb. Ağstafa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Əfəndiyev Rəcəb Surxay oğlu düşmənin açdığı atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Modern.az