Modern.az

Azərbaycan XİN-i türkmən səfirinə etirazını bildirib

Azərbaycan XİN-i türkmən səfirinə etirazını bildirib

Təhsil

18 İyun 2012, 18:45

Bu gün Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri  T.Komekov Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və xarici işlər nazirinin müavini  Xələf Xələfov tərəfindən qəbul edilib. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nazirliyin məlumatına görə, görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan Respublikası və Türkmənistan Prezidentləri arasında əldə olunan razılaşmaya əsasən tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər.

Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir.

Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı