Modern.az

Cəbhədən xəbər var, sabah ATƏT monitorinq keçirəcək

Cəbhədən xəbər var, sabah ATƏT monitorinq keçirəcək

Təhsil

19 İyun 2012, 10:18

Erməni silahlı bölmələri dunən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, işğal olunmuş Agdam rayonunun Yusifcanlı, Fizuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yuksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin məbuat xidmətindən Modern.az-a bildirilib ki, düşmən cavab atəsi ilə susdurulub.

Nazirliyin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 20-də Azərbaycan Respublikasının Fuzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi numayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Antal Herdic keçirəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı