Modern.az

“Master plan” Bakını kanalizasiya çirkabından xilas edəcək

“Master plan” Bakını kanalizasiya çirkabından xilas edəcək

Təhsil

19 İyun 2012, 10:53

“Azərsu” sözçüsü: “Artıq ona uyğun olaraq yeni layihələndirmə planı hazırlayırıq

 

Son illər Azərbaycanda tikinti bumu yaşanır. Amma yeni tikilən hündürmərtəbəli binaların əlavə kanalizasiya xətti olmadığından onlar  köhnə kanalizasiya sistemlərinə birləşdirilir. Belə olan halda sistem normadan artıq  yüklənir. Bir balaca yağış yağan kimi isə kanalizasiya sistemləri yüklənməyə tab gətirməyərək daşır. Dəfələrlə bu barədə danışılsa da, problem hələ də öz həllini tapmayıb.  

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemin ilin sonuna kimi başa çatacağını dedi. Modern.az açıqlamasında xidmət rəhbəri bildirib: “Artıq bununla bağlı tədbirlərə başlanılıb. Bakı şəhərinin master planı hazırlanmaqdadır. İlin sonuna kimi bu problem aradan qalxacaq. Bu planda yeni kanalizasiya kollektorunun tikintisi, yeni su xətlərinin çəkilməsi öz əksini tapıb. Biz artıq Həsən Əliyev küçəsində  (İnqilab prospekti) 1400 millimetrlik diolekt borudan yeni kollektor çəkdik. Bu kollektor kanalizasiya sistemində olan yüklənməni aradan qaldıracaq. Amma hələ ki Bakının kanalizasiya şəbəkəsində elə bir ciddi problem yoxdur. Hazırki mövcud infrostruktur çirkab suları daşıya bilir”.

ASC-nin sözçüsü onu da etiraf etdi ki, yağışlar bir az intensivləşən kimi müəyyən daşma halları baş verir: “Bakının master planı hazırlanandan sonra problem aradan qalxacaq. Artıq ona uyğun olaraq yeni layihələndirmə planı hazırlayırıq. Məsələn, bu gün Xırdalan-Masazır qəsəbəsinin çirkab suları Binəqədi ərazisinə keçməklə Hövsana vurulur. Amma gələcəkdə biz Lökbatanda sutka ərzində həcmi 200 min kub metr olan çirkab təmizləyici qurğu tikəcəyik. Bu istiqamətdə, o cümlədən Lökbatanın çirkab suları həmin əraziyə vurulacaq. Bundan başqa, Sumqayıtdakı çirkabtəmizləmə qurğularının gücünü artıracağıq. Ələtdə də bir tikilimiz var. Bunlar bizim prespektiv layihələrimizdir. Artıq bununla bağlı müəyyən işlərə başlanılıb. Dövlət büdcəsindən Lökbatan qəsəbəsində tikilən bu layihəyə ilkin vəsait də ayrılıb. Həmin vəsait  layihələndirmə və tikinti işlərinin aparılmasına imkan verir. Bu kimi işləri növbəti illərdə davamı etdirəcəyik”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı