İyunun 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov 1 saylı İngilis dili və Regionşünaslıq fakültələrində keçirilən imtahanların gedişini izlədi. İzləmə prosesində Universitetin prorektorları, Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradova və Qərargahın digər üzvləri iştirak edirdi.
“Ölkəşünaslıq”, “Metodika” “Azərbaycan Respublikasının xarici siyasəti”, “Beynəlxalq təşkilatlar”, “İngilis dili” və “Beynəlxalq təşkilatlar” fənlərindən keçirilən imtahanların gedişi ilə tanış olan rektor normativ sənədlərə baxış keçirdi. Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını nəzərə çatdıran S. Seyidov imtahanlarda tələbələrə uğurlar arzuladı.
Xatırladaq ki, Yay imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır. Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva, Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımov və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır. Bununla yanaşı, ADU-nun 440-35-02, 440-35-05, 440-64-82 saylı şəhər və 141,146, 264 saylı daxili telefonları, eləcə də
[email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulub.

Modern.az