Rusiyada son sutka ərzində daha 5195 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az-ın Rusiydakı Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1025505 nəfərə çatıb.
Son sutka ərzində 61 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 820 nəfərə çatıb.