Modern.az

Sumqayıtda iki minik avtomobili toqquşdu - 7 yaralı

Sumqayıtda iki minik avtomobili toqquşdu - 7 yaralı

Aktual

6 Sentyabr 2020, 16:35

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

 

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

 

 

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?