Modern.az

Azərbaycan İslam Partiyasının yeni adı nə olacaq?

Azərbaycan İslam Partiyasının yeni adı nə olacaq?

Təhsil

19 İyun 2012, 13:18

Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli partiyanın adının dəyişdirilməsi ilə bağlı Modern.az-a açıqlama verib. Partiya rəsmisi mətbuatda bu haqda yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyərək, məsələnin gündəmdə olmadığını bildirib:

“İslam Partiyasının adının dəyişdirilməsi qurultayda həll oluna bilən məsələdir. Amma hazırda belə dəyişikliyə ehtiyac görmürəm. Çünki qeydiyyat zamanı  partiyanın adı qeydiyyata alınmır, onun nizamnaməsi qeydiyyata alınır. Bu baxımdan ad sadəcə bir göstəricidir, onun hüquqi cəhətdən mahiyyəti yoxdur. Partiyamızın bu cür adlandırılması onun fəaliyyəti üçün heç bir maneə ola bilməz.
Hazırda Azərbaycan İslam Partiyasının adının dəyişdirilməsi gündəmdə deyil. Qeyd edim ki, bu zamana kimi belə bir məsələ partiyada müzakirə olunmayıb”.

R.Əhmədli qeyd edib ki, partiyanın adı ilə bağlı dövlət qeydiyyatında hər hansı problem yaranarsa, onlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

“Qeydiyyat zamanı rəsmi qurum tərəfindən maneçilik törədilərsə, təbii ki, biz də lazımı instansiyalara müraciət edəcəyik. Hesab etmirəm ki, İslam Partiyası adının qeydiyyat üçün hər problemi ola bilməz. Partiya artıq iyirmi ildir ki, bu adla fəaliyyət göstərir. İndi də adın dəyişdirilməsinə ehiyac yoxdur”,- deyə AİP rəsmisi vurğulayıb.

Qeyd edək ki, mətbuatda Azərbaycan İslam Partiyasının adının dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı