Modern.az

Sabahın hava proqnozu verilib

Sabahın hava proqnozu verilib

19 İyun 2012, 13:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.   Azərbaycanın rayonlarında isə  əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

 Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.   Hava şəraitinin qısa icmalına gəlincə isə sabah Abşeron yarımadasında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı