“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyəti (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Modern.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, AZAL qəzetin 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə qəzeti məhkəməyə verərək 500 min manat təzminat istəyib.
Qeyd edək ki, məhkəmənin hazırlıq iclası iyulun 4-ü saat 10:45-ə təyin olunub.
Modern.az