Gəncədə yerləşən Alüminium zavodunda baş verən uçqunda iki nəfər dünyasını dəyişib.
Bu barədə məlumatı Modern.az-a Gəncə Şəhər Baş Polis İdarəsindən veriblər. Məlumata görə, Gəncə “Gil-Torpaq” İstehsalat Birliyinin ərazisində yerləşən köhnə poladəritmə sexində söküntü işləri aparılarkən beton tavan uçub. Ucqun zamanı iki nəfər fəhlə beton altında qalaraq dünyasını dəyişib. Ölənlər 1975-ci il təvəllüdlü Vyaçeslav Feyzullayev və 1977-ci ildə anadan olmuş Səlim Seyfullayevdir. Baş vermiş hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən zavoda müraciət etsək də, cəhdlərimiz alınmayıb.
Faktla əlaqədar Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.