Modern.az

Çingiz Abdullayev Qazaxıstanda FOTO

Çingiz Abdullayev Qazaxıstanda FOTO

19 İyun 2012, 14:01

Bu gunlərdə Astanada keçirilən “Yeni dünyada Avrasiya mədəniyyəti” forumunda ali qonaq  qismində iştirak edən dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Abdullayev daha çox diqqət çəkən qonaqlardan olub. Qazaxıstan ziyalıları və Astanadakı Azərbaycan diasporunun yazıçı ilə yadda qalan görüşü baş tutub. “Kazaxstanskaya pravda” qəzetinin Qazaxıstan  Respublikasının  Milli kitabxanasında Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayevlə təşkil etdiyi görüşdə redaksiyanın və milli kitabxananın əməkdaşları, Lev Qumilyev adına Qazaxıstan Milli  Avrasiya Universitetinin professorları, Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqı və Astanadakı azərbaycanlıların “Xəzər” Milli Mədəniyyət mərkəzinin üzvləri, gənclər, Qazax ziyalıları iştirak ediblər. “Kazaxstanskaya pravda” Səhmdar Cəmiyyəti İdarə heyətinin müavini Aleksandr  Tarakov  əsərləri  dünyanın 29 dilinə çevrilmiş 26 milyon tirajla buraxılan  167 romanın müəllifi azərbaycanlı yazışı Çingiz Abdullayevin yaradıcılığına olan dünya miqyaslı maraqdan danışaraq, onun siyasi  dedektiv janrında  yazan ən müasir yazıçı olduğunu bildirib. Qazaxıstanın Milli Kitabxanasının  direktoru  Janna  yazıçının onlarla görüşündən böyük məmnunluq hissi keçirdiyini deyib. Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri ittifaqının sədri Vidadi Salahov qədim türk torpağında  vətəni Azərbaycandan gələn qonağa qardaş qazax ziyalılarının göstərdiyi maraqdan və münasibətdən qürür hissi keçirdiyini söyləyib.
Astana şəhəri azərbaycanlılarının “Xəzər”  Milli Mədəniyyət Mərkəzinin sədri Vidadi Ağayev isə bu günlərdə fəaliyyətə başlamış Heydər Əliyevin adını daşıyan  Qazaxıstan Azərbaycanlıları İttifaqı Gənclər qanadının ilk vəsiqəsini yazıçı Çingiz Abdullayevə verib.
Daha sonra  oxucu auditoriyasının suallarını cavablandıran Çingiz Abdullayev   hamı üçün maraqlı olan Dronqo obrazından, əsərlərinin qəhrəımanlarından danışıb və seçilmiş əsərlərinin 150 cilddə çapa hazırlandığını da vurğulayıb.
Yazıçı oxucuların suallarına cavab verərkən  Ermənistan-Azərbaycan münaqişəsinin səbəbkarları və  bu problemi yaradanlar haqqında da məlumat verib.  Görüşün sonunda Azərbaycan diasporu adından yazıçıya xatirə hədiyyəsi verilib. Çingiz Abdullayev  Astanada yaşayan azərbaycanlıların arzu və istəklərini də dinləyib.
 



Ləman Ağayeva, Astana
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi