Dünən saytımızda müğənni Rəqsanənin kirayə qaldığı evə 1500 dollar borcu olması haqqında məlumat yayamlanıb. Məlumatda ev sahibinin vəkili müğənninin məhkəməyə verildiyini qeyd edib.
Halbuki, müğənni hər dəfə efirdə olarkən bildirirdi ki, yaşadığı mənzil onun özünə məxsusdur.
Modern.az qarşı tərəfin mövqeyini öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb.
Məsələyə aydınlıq gətirən Rəqsanənin sözlərinə görə, bu problem vaxtilə var imiş.
”Amma məhkəmə müstəvisində öz həllini tapdı. Ev sahibi ilə məhkəmədə ortaq razılaşmaya gəldik. Məhkəmə mənim xeyrimə yekunlaşdı. Mən uddum”.
Müğənni bu problemin yenidən gündəmə gətirməyin mənasız olduğunu deyir:
“Artıq hər şey olub-keçib. Bu mövzuya qayıtmaq istəmirəm. Yaxın aylarda öz evimə köçəcəm. Bunu da mətbuata elan edəcəm”.
Müğənnini məhkəməyə verən tərəfin vəkili Samir Həsənov isə müqavilənin vaxtının bitməsinə baxmayaraq, onun evdən çıxmadığını və orada yaşadığını və kirayə haqqını ödəmədəyini bildirib. Qarşı tərəfin vəkili onu da bildirib ki, müğənni 6-7 aydır ki, evdən çıxmır, heç çıxmaq fikirləri də yoxdur.
Gültəkin Ələsgər