Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı komadan çıxıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Berlinin “Şarite” klinikasında müalicə alan Navalnı tibbi komadan çıxıb. Onun artıq insan nitqinə reaksiya verdiyi məlum olub.
Siyasətçini süni tənəffüs aparatından da ayırıblar.
Qeyd edək ki, Aleskey Navalnı bir müddət öncə Tomsk-Moskva reysi ilə uçan zaman təyyarənin göyərtəsində özünü qəfil pis hiss etmişdi. Almaniyalı həkimlər siyasətçinin kimyəvi maddə ilə zəhərləndiyini bildirirlər.