Modern.az

Deputatlar mükafatlandırılıblar

Deputatlar mükafatlandırılıblar

Təhsil

19 İyun 2012, 15:51

Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupu, millət vəkilləri İlham Məmmədov və Qənirə Paşayeva, Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev Azərbaycan - İraq əlaqələrinin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıblar. 

“Avrasiya  Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi”  adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində Azərbaycanda səfərdə olan İraq nümayəndə heyəti Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvləri  və Dünya Türk Gəncləri Birliyinin sədri ilə də görüşüblər.

Görüşdə deputat İlham Məmmədov Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirmiş və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərin bütün sahələrdə daha da genişləndiyini qeyd etmişdi. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov İraq ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bu cür qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd etmişdi.  

Deputat Qənirə Paşayeva onların dəvətini qəbul edib Azərbaycana səfər etdiklərinə görə qonaqlara bir daha təşəkkürünü bildirdi. İraq nümayəndə heyətinin Xocavənd, Quba və Tovuz rayonlarına səfər etdiyini bildirən Qənirə Paşayeva onların Azərbaycan, Qarabağ həqiqətlərinin İraq ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdıracaqlarına ümid etdiyini bildirib: “İraq parlamentində bizim soydaşlarımız olan türkman kökənli 10 millət vəkili təmsil olunur və həmin 10 millət vəkilinin parlamentdəki həmkarları arasında Azərbaycanımız və Qarabağımızla bağlı  həqiqətləri ilə bağlı daha geniş təbliğat aparmaqla, Ermənistan tərəfindən Qarabağda, Xocalıda törədilən soyqırıma hüquqi-siyasi qiymət verilməsinə çalışacaqlarına ümid edirik”.

    Dünya Türk Gəncləri Birliyinin sərdi Əkrəm Abdullayev də qonaqlarla görüşündə əməkdaşlığın daha da artırılmasının vacibliyindən və bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.

   Qonaqlar isə öz növbəsində Azərbaycanda çox səmərəli görüşlər keçirdiklərini bildirmiş və onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və tədbirlərin təşkilatçılarına minnətdarlıqlarını ifadə etmişlər.

     Görüşün sonunda Azərbaycan-İraq Parlamentlərarası  Dostluq qrupunun rəhbəri, millət vəkili İlham Məmmədova və Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayevaya,  Dünya Türk Gəncləri Birliyinin sərdi Əkrəm Abdullayevə Azərbaycan-İraq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Iraq tərəfindən layiq görüldükləri mükafatları İraq nümayəndə heyəti üzvləri onlara təqdim etmişdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı