Modern.az

Azərbaycanda rezdenturaya qəbul proqramı açıqlandı

Azərbaycanda rezdenturaya qəbul proqramı açıqlandı

19 İyun 2012, 17:31

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2012-2013-cu il tədris ili üçün rezdenturaya qəbul proqramını açıqlayıb. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidməti məlumat verib. Komisiyadan bildirilib ki, “rezidentura” xüsusi buraxılışının bu ilki 1-ci sayı çapdan çıxıb. Xüsusi buraxılışda baza ali tibb təhsili əsasında  rezidenturaya qəbul qaydaları, qəbul proqramları, test tapşırığı nümünələri, bəzi test tapşırıqlarının izahları və tövsiyələri təqdim olunub. Qəbul proqramları baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.

Rezidenturaya qəbula hazırlaşan namizədləri belə bir sual düşündürə bilər: bəs, rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı qəbul proqramları əsasında hazırlaşmalı? Bu suala jurnalda verilmiş "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə tanış olmaq sayəsində dəqiq və dürüst cavab almaq mümkündü.

Rezidenturaya hazırlaşan hər bir namizəd əvvəlcə bu cədvəllə diqqətlə tanış olmalıdı. Cədvəlin 1-ci sütununda baza ali tibb təhsili səviyyəsində istiqamətlərin (fakültələrin) siyahısı təqdim edilib. Cədvəlin 2-ci sütununda baza ali tibb təhsili istiqamətlərinə uyğun olan  rezidentura  ixtisaslarının adları, 3-cü sütununda rezidenturaya qəbul üçün baza fənlərinin, 4-cü sütununda isə ixtisas fənlərinin siyahısı verilib. 

Namizəd əvvəlcə 1-ci sütundakı siyahıdan bitirdiyi fakültənin adını tapır və

 2-ci sütunda qeyd edilmiş rezidentura ixtisaslarından özünün baza ali tibb təhsilinə uyğun olanlarını müəyyənləşdirir. Namizəd qəbul imtahanına cədvəlin 3-cü və

 4-cü sütunlarında verilmiş müvafiq baza və ixtisas fənlərinin proqramları əsasında hazırlaşır.

Rus bölməsi üzrə qəbula hazırlaşan namizədlərin nəzərinə çatdırılır ki, “Rezidentura” jurnalının rus dilində versiyası elektron formatda (pdf) təqdim edilib. Onu  www.tqdk.gov.az/ejurnal  linkinə keçərək əldə etmək mümkündür.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi