Modern.az

Türkiyəli admiral Azərbaycana gəlib

Türkiyəli admiral Azərbaycana gəlib

19 İyun 2012, 18:31

Türkiyə Sahil Mühafizə Qüvvələrinin komandanı, vitse-admiral Sərdar Dülgərin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Modern.az-ın APA-ya istinadən verdiyi  məlumatına görə, səfər çərçivəsində Sərdar  Dülger Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirəcək, həmçinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında olacaq.

 Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Bu, vitse-admiral S. Dülgerin Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Səfər iyunun 21-dək davam edəcək. Qeyd edək ki, Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyunun 5-8-də, Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu isə iyunun 10-13-də Azərbaycanda səfərdə olub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi