ABŞ prezidenti Donald Trampın reytinqi iyundan bəri maksimuma çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə Harris Tədqiqat Mərkəzi və “The Hill” qəzetinin birgə keçirdyi sorğuda açıqlanıb.
Trampın dövlət başçısı postunda fəaliyyətini rəyi soruşulanların 47%-i dəstəkləyir. Amma ondan narazılıq edənlərin sayı 53%-ə çatıb.
Sonuncu dəfə Trampın reytinqi iyunun 10-da bu həddə qədər yüksəlmişdi.