Türkiyənin Hakkari vilayətində PKK tərəfindən 8 əsgərin ölümündən sonra terrorçulara qarşı geniş əməliyyatlara başlanıb. Modern.az-ın türk mətbuatına istinadən vediyi məlumata görə, İraqla həmsərhəd ərazidə baş verən silahlı qarşıdurma zamanı 18 PKK üzvü məhv edilib. 100-dən çox terrorçunun isə mühasirəyə alındığı bildirilir.
Hazırda Hakkaridə əməliyyatlar davam edir.Qeyd edək ki, bu gün səhər saatlarında PKK qruplaşmalarının Hakkaridə yerləşən hərbi zastavaya gözlənilməz hücumu nəticəsində 8 türk əsgər ölüb, 16-sı ilə yaralanıb.
Modern.az