Modern.az

Əlillik dərəcəsi niyə verilmir? - Vətəndaş dövlətdən narazı salınır - Deputatdan ETİRAZ

Əlillik dərəcəsi niyə verilmir? - Vətəndaş dövlətdən narazı salınır - Deputatdan ETİRAZ

9 Sentyabr 2020, 11:57

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva Azərbaycanda əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlər olduğunu deyib.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, bu kimi amillər vətəndaşları dövlətdən narazı salır:

“Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var. Vətəndaş müraciət etsə də, ona sənədlərin natamam olduğu barədə cavab gəlir. Mənə müraciət edən seçicilərin demək olar ki, hamısında belə problem yaranır. Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır. Bu hallar aradan qaldırılmalı, vətəndaşlar dövlətdən narazı salınmamalıdır.

Jalə Əliyevanın sözlərinə görə, özünəməşğulluq proqramı çərçivəsində də yerlərdə müəyyən problemlər qalır:

“Bu kimi laqeydliyin aradan qaldırılmaısnın vaxtı çatıb. Vətəndaşlarımız dövlətin onlara yaratdığı imkanlardan istifadə etməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!