Bu gün Avropa Çempionatının ¼ finala çıxan növbəti iki cütlüyü məlum olub. Günün ilk oyununda D qrupunda yer alan İsveç millisi qrupdan çıxmaq şansını itirsə də sonuncu oyunda Fransa yığması ilə üz-üzə gəlib. Matçda Fransızlar 90 dəqiqə əllərindən gələni etsələr də İsveç yığması qarşısında tab gətirə bilməyiblər. Qarşılaşma İbrahimoviç və Larsonun vurduğu qollarla İsçevin (2:0) qələbəsi ilə başa çatıb.
Qrupun digər oyunu isə İngiltərə və ev sahibi Ukrayna yığmaları arasında keçirilib. Ukrayna yalnız qalib gələrək növbəti tura çıxmağa çalışsa da güclü rəqibi buna nail ola bilməyib. Yekunda ingilislər minimal hesabla matça son nöqtəni qoyaraq ¼ finala çıxıblar. Matçda yeganə qolu İngiltərə yığmasının heyətində 48-ci dəqiqədə Runi vurub.Modern.az