Qanunvericiliyə görə, yerli özünüidarəetmə qurumlarının balansında olan torpaq sahələri hərrac yolu ilə satışa çıxarılmalıdır. Lakin müşahidələr göstərir ki, əksər bələdiyyələr hərrac keçirməkdə maraqlı deyillər. Torpaqları necə gəldi, hərrac keçirilmədən satılması halları bu gün də mövcuddur.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri Eldar Həmzəyevin Modern.az-a verdiyi məlumata görə, bu ilin altı ayı ərzində müsabiqə ilə birlikdə 1066 hərrac keçirilib. Mətbuat katibi bildirib ki, bələdiyyələr hərrac keçirməkdə maraqlıdırlar. Odur ki, onlar hər il hərrac üçün müsabiqədə iştirak edirlər: