Modern.az

Hüsnü Mübarək beyin ölümü keçirdi

Hüsnü Mübarək beyin ölümü keçirdi

20 İyun 2012, 11:17

Misirin keçmiş prezidenti Hüsnü Mübarək beyin ölümü keçirib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, eks-prezidentin səhhəti anidən pisləşərək kliniK ölüm yaşayıb. Hazırda Mübarəyin özündə olmadığı və həkim nəzarətində saxlanıldığı bildirilib. Beyin ölümü keçirən  Mübarəyin yenidən həyata qaytarılması üçün həkimlər ümidsiz olduqlarını deyirlər.

Qeyd edək ki, devrilmiş prezident məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edildikdən sonra səhhətində ciddi problemlər yaranıb. Uzun müddətdir ki, Mübarək koma vəziyyətində saxlanılır.

 Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı