ABŞ noyabr ayına qədər Əfqanıstandakı hərbi kontingentini 8,6 mindən 4,5 minədək azaldacaq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi yerli KİV-ə verdiyi müsahibəsində bildirib.
Makkenzi qeyd edib ki, noyabr ayına qədər Əfqanıstandakı əsgər sayını 4,5 minədək azaltmağı planlaşdırırlar:
"4,5 min amerikalı əsgər Əfqanıstanda bütün lazımi tapşırıqları yerinə yetirməyə kifayət edəcək".