Bundan sonra hər hansı bir təhsil müəssisəsində COVID-19-a yoluxma halları qeydə alınarsa, həmin müəssisənin adı gizli saxlanılacaq.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə naziri İlze Vinkele açıqlama verib.
“Məktəbin adının hallanmasının əlavə bir faydası yoxdur”, – deyə o bildirib.
İ. Vinkelenin sözlərinə görə, bu, gərəksiz ajiotaja səbəb olacaq və epidemioloqların məsləhətlərinə müvafiq olaraq məktəblərdə aparılan epidemioloji nəzarətə və dəyişikliklərə qətiyyən kömək etməyəcək.
Xəbər verildiyi kimi, yeni tədris ilinin başlaması ilə məktəblərin birində şagirdin COVID-19-a yoluxması halı qeydə alınıb. Təhsil və elm naziri İlqa Şuplinska bir neçə gün əvvəl yeni tədris ilində məktəblərin 82 faiznin əyani, 18 faiznin isə birləşdirilmiş formada dərs keçəcəyi barədə məlumat vermişdi.