Gəncə Avtomobil İstehsalat Birliyində 567 ədəd texnika istehsal edilib. Bu barədə məlumatı Modern.az-a birliyin mətbuat xidmətinin sədri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, istehsal edilən texnikanın 482-si “Belorus” markalı traktor, 65-i “MAZ” markalı avtomobil və 20-si qoşquların payına düşür. Bu ilin sonuna kimi zavodda daha 140 ədəd “Belarus”, 280 ədəd “MAZ” və 35 ədəd avtomobil qoşqusu yığılacaq.
Məlumata görə, Gəncə Avtomobil Zavodunda ümumilikdə 3256 ədəd “Belarus” traktoru, 1614 ədəd “MAZ” markalı yük avtomobili və 384 ədəd avtomobil qoşqusu istehsal edilib.
Modern.az