Rusiya müxalifətinin əsas liderlərindən olan Aleksey Navalnının səhhəti ilə bağlı son məlumat yayılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, siyasətçi tam sağalaraq tibbi komadan çıxıb.
Siyasətçinin psixi baxımdan tam bərpa olduğu, hətta huşunu itirməzdən əvvəl baş verən bütün hadisələrin ardıcıllığını yada saldığı bildirilir.
Almaniyalı tibb ekspertləri Aleksey Navalnını “Noviçok” zəhər qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyini bildirirlər.