Saakaşvili gələcək planlarını AÇIQLADI: “Mən əvvəlki Mişa deyiləm”                 

Saakaşvili gələcək planlarını AÇIQLADI: “Mən əvvəlki Mişa deyiləm”                 

Dünya

10 Sentyabr 2020, 13:48

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili oktyabrda baş tutacaq parlament seçkiləri ilə bağlı xalqa müraciət edib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının qalib gələcəyi təqdirdə baş nazir seçiləcəyini və bu postda Rusiya ilə heç bir gərginliyə getməyəcəyini açıqlayıb.

 

Saakaşvili ilk növəbədə ölkəsinin daxili problemlərini həll edəcəyini vurğulayıb.

“İndi ölkəni bataqlıqdan çıxarmaq lazımdır. Kiminləsə konfrantasiyaya getmək lazım deyil”.

 

Siyasətçi bu illər ərzində çox məsələni yenidən qiymətləndirdiyini açıqlayıb.

“Mən əvvəlki Mişa deyiləm. Gürcüstan hökumətinə 2 il başçılıq edəcəm və bundan sonta yenidən Ukraynaya dönəcəm. Mən artıq tarixə düşmüşəm amma Gürcüstanın məhv olmaması üçün çox şeyi dəyişməliyəm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu