Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

20 İyun 2012, 13:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

 Azərbaycanın rayonlarında isə sabah hava şəraitin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 Havanın temperaturunun gecə 17-22 , gündüz 29-34, dağlarda gecə 10-15 , gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

İyunun 21-də hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi