Modern.az

İyunun 18-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

İyunun 18-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

20 İyun 2012, 17:41

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də 12 bölgədə keçirdiyi buraxılış imtahanın nəticələrini açıqladı.

Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki, iyunun 18-də  respublikanın bir sıra rayonlarında, o cümlədən Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda  orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanın nəticələri açıqlanıb.

Nəticələrə aşağıdakı linkdən baxmaq olar:

//tqdk.gov.az/orta2012net/

//tqdk.gov.az/orta2012net9/

TQDK-dan o da bildirilib ki, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur.

Qeyd edək ki, iyunun 18-də keçirilən buraxılış imtahanında  müxtəlif binalarda 12 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd ,  imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi