Modern.az

Səlim Müslümov qalibə 1000 manat mükafat verəcək

Səlim Müslümov qalibə 1000 manat mükafat verəcək

20 İyun 2012, 13:56

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib. Qurumun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib ki, müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq keçirilir.

Loqonun hazırlanması ilə əlaqədar müsabiqənin təşkil olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun əmri ilə Fondun Aparatında xüsusi  komissiya yaradılıb. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında “Əsasnamə”yə uyğun  olaraq  Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 15 sentyabr 2012-ci il tarixə kimi Komissiyaya təqdim etməlidirlər.

Müsabiqədə I yeri tutan qalib 1000 (bir min) manat məbləğində pulla mükafatlandırılacaq.   

        
Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi